Əmək müqaviləsi olmadan muzdlu işçilərin olduğh sex aşkarlanıb - Bakıda

14:50 - 15.04.2021


15 aprel, Fineko/abc.az. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində fəaliyyət göstərən corab istehsalı sexində və Nərimanov rayonunda fəaliyyət göstərən mebel sexində operativ nəzarət tədbirləri həyata keçirilib.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, araşdırma zamanı fiziki şəxslər - Qəhramanov Elçin Mərdan oğluna məxsus mebel sexində 11 nəfər, Ələkbərzadə Rza Nazim oğluna məxsus corab istehsalı sexində isə 12 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi faktı aşkar olunub.

Bu da əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulması deməkdir.

Bütün xəbərlər