330x110
 

İki qaziyə icra hakimiyyətində vəzifə verildi - Qərar

21.04.2021,12:24


21 aprel, Fineko/abc.az. Şamaxı rayonunda daha iki Vətən müharibəsi iştirakçısı dövlət orqanlarında vəzifəyə təyin olunub.

ABC.AZ xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə 1996-cı il təvəllüdlü, ali təhsilli əvvəllər RİH başçısının I Çaylı kənd inzibati ərazi dairəsi üzrə nüməyəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsində işləmiş vətən müharibəsi iştirakçısı Rəhimov Aqil Ziyəddin oğlu RİHB-sı aparatında yeni yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə böyük məsləhətçi təyin edilib. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının digər əmri ilə 1994-cü il təvəllüdlü, ali təhsilli, Vətən müharibəsi iştirakçısı Rəsulov İlyas Adil oğlu isə RİHB-nın II Cabanı kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.