330x110
 

Fond tenderin qalibini seçdi - 22 min manatdan çox pul ödəyəcək

22.04.2021,15:25


22 aprel, Fineko/abc.az. İpoteka Və Kredit Zəmanət Fondunun bir müddət əvvəl elan etdiyi tenderin qalibi elan edilib.

ABC.AZ xəbər verir ki, azqiymətli və təsərrüfat mallarının satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

Açıq tenderin qalibi "İntellekt M.A" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. İpoteka Və Kredit Zəmanət Fondu qalibə 22 min 836 manat ödəyəcək.