Respublika Klinik Xəstəxanasının baş həkimi işdən çıxarıldı - Əmr

15:17 - 28.04.2021


28 aprel, Fineko/abc.az. Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov işdən çıxarılıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

TƏBİB-dən bildirilib ki, onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.

Telman İbadov isə həmin xəstəxananın direktor müavini vəzifəsinə keçirilib.

 

Bütün xəbərlər