Azərbaycanda neft-qaz sektorunda çalışanlar 3200 manatdan çox maaş alır

16:22 - 20.05.2021


20 may, Fineko/abc.az. Aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 98,9%, o cümlədən mədənçıxarma sənayesi üzrə 98% təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, əvvəlki aya nisbətən istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi üzrə apreldə 98,3% olub.

Aprelin 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 33 min nəfər çalışıb.

Yanvar-mart aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3237,8 manat təşkil edib.

 

Bütün xəbərlər