330x110
 

Beş ayda bu qədər daşınmaz əmlakın qeydiyyatı aparılıb

17.06.2021,12:20


17 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may ayları ərzində 119 175 daşınmaz əmlakın qeydiyyatı aparılıb.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, bunlardan 28 016-sı ilkin, 91159-u isə təkrar qeydiyyatdır.

Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 27,1% artıb.

Cari ilin yanvar-may ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 17 555-i fərdi yaşayış və bağ evi, 36 999-u mənzil, 59 146-sı torpaq sahəsi, 1 328-i qeyri-yaşayış binası, 3 843-ü qeyri-yaşayış sahəsi, 292-si əmlak kompleksi, 12-si çoxmərtəbəli yaşayış binasıdır.