Dünyanın ən aparıcı valyutaları sürətlə ucuzlaşacaq - Proqnoz

10:43 - 23.06.2021


23 iyun, Fineko/abc.az. Amerika Mərkəzi Bank (FED) sədri Jerom Povel inflyasiyanın sürətlə artmasına görə faizlərini artırmayacağını, düzgün qərar vermək üçün vəziyyəti izləməkdə davam edəcəklərini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, FED sədri səbrli olmağın birjalarda qısa müddətli gələcəyin əsas istiqamətverici amili olacağını qeyd edib.

Foreks bazarlarında Amerika sessiyasında EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.20 və 1.40$-ın altında müqavimətlə rastlaşıb.

Asiya sessiyasında isə ucuzlaşma müşahidə edilir və aparıcı valyutaların dollara nisbətən qiymətlərin ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır.

 

Bütün xəbərlər