Dövlət qulluqçularının maaşı artıb – 19 faizə yaxın

11:07 - 25.06.2021


25 iyun, Fineko/abc.az. 2020-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı  1215,5 manat təşkil edib.

Bu barədə ABC.AZ-a Dövlət Statistika Komitəsindən bildirilib. Müqayisə üçün qeyd edək ki, bu əvvəlki ilin eyni dövrünə nisbətən 18,9 faiz artım deməkdir.

Qeyd edilib ki, 2021-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olub ki, onların da 27,5 faizini qadınlar təşkil edir.

Dövlət qulluqçularının 6,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,5 faizi 4-cü təsnifatı, 12,3 faizi 5-ci təsnifatı, 8,4 faizi 6-cı təsnifatı, 48,8 faizi 7-ci təsnifatı, 20,6 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər