Bakının ticarət dövriyyəsinin həcmi 11 mlrd manatı ötüb

15:16 - 4.08.2021


4 avqust, Fineko/abc.az. Cari ilin 6 ayında Bakının ticarət dövriyyəsinin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 11 milyard 7,3 milyon manat olub.

Bu barədə ABC.AZ Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir.

Bildirilir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 5 milyard 710,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4 faiz artaraq 5 milyard 296,9 milyon manata bərabər olub. İstehlak məhsullarının 35,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 42,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

 

Bütün xəbərlər