Azərbaycanda son sutkada koronavirus infeksiyasına 3 322 nəfər yoluxub

16:43 - 17.08.2021


17 avgust, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 3 322 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadən xəbər verir ki, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 373 175 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 340 174 nəfər müalicə olunaraq sağalıb, 5 188 nəfər vəfat edib, aktiv xəstə sayı 27813 nəfərdir.

 

Bütün xəbərlər