330x110
 

Cənubi Koroye "Google"-u cərimələdi

14.09.2021,10:30


14 sentyabr, Fineko/abc.az. Cənubi Koreyanın antiinhisar üzrə nəzarət orqanı "Google"-u iri məbləğdə cərimələyib. ABC.AZ-ın məlumatına görə, qurum mobil əməliyyat sistemləri və tətbiqi proqramlar bazarındakı mövqeyindən sui-istifadə etdiyinə görə "Google"a 176,8 milyon dollar cərimə kəsib. Əsas səbəb Google-un onunla işləyən mobil cihaz istehsalçılarına Android əməliyyat sisteminin modifikasiya olunmuş versiyasını və ya bənzər sistem yaratmağa imkan verməməsidir. Müəllif: Elmir Murad