AQTA sahibkarlara müraciət etdi

17:09 - 2.11.2021


2 noyabr, Fineko/abc.az.   Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Çin Xalq Respublikasına qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edib.

ABC.AZ xəbər verir ki, müraciətdə deyilir ki, Çin Xalq Respublikası Baş Gömrük İdarəsinin 2021-ci il 13 aprel tarixli 248 nömrəli Qərarı ilə təsdiq edilmiş “Digər ölkələrdən idxal edilən qida məhsulları istehsalçılarının qeydiyyatı və idarəedilməsi üzrə Çin Xalq Respublikasının Qaydaları”na görə, 2022-ci il 1 yanvar tarixindən ÇXR-ə ixrac məqsədilə 18 məhsul kateqoriyasına (siyahısı əlavə olunur) aid məhsulları istehsal və ya emal edən, yaxud belə məhsulların saxlanması ilə məşğul olan bütün müəssisələrin Çin Baş Gömrük İdarəsində qeydiyyatdan keçməsi tələb olunacaq. Göstərilən tarixdən etibarən qeydiyyatdan keçməyən müəssisələr tərəfindən ÇXR-ə qida məhsullarının ixracına icazə verilməyəcək.

Bütün xəbərlər