Rusiya yenə Azərbaycan pomidoruna "yox" dedi - Məhsul geri qaytarıldı

14:12 - 18.11.2021


18 noyabr, Fineko/abc.az. Rosselxoznadzor bu ilin noyabr ayının əvvəlindən Azərbaycan və İrandan "Viaduk" müvəqqəti saxlanc anbarına və Dərbənd dəmiryol stansiyasına daxil olan 3 3481,4 ton meyvə-tərəvəzə baxış keçirib.

ABC.AZ-ın məlumatına görə, karantin fitosanitar nəzarəti zamanı təhlükəli obyektlərlə yoluxan bitkiçilik məhsullarının 6 partiyasının Rusiya  ərazisinə gətirilməsinə icazə verilməyib.

Qadağan edilənlər arasında Azərbaycandan pomidor (50,3 ton), həmçinin İrandan gələn gül kələmi (32,7 ton) və kahı (13,2 ton) olub. Rusiya bazarına daxil olmayan məhsulların ümumi həcmi 96,2 ton təşkil edib.

Bütün xəbərlər