Azərbaycan İranla yeni marşuruta qoşulur - Razılıq əldə edilib

10:33 - 8.12.2021


8 dekabr, Fineko/abc.az. İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəliblər.

ABC.AZ xəbər verir ki, sözügrdən məsələ ilə bağlı Azərbaycan və Gürcüstanla (avtomobil nəqliyyatı ilə bağlı) iki görüş keçirilib.

"Biz iki ölkəyə regional yaxınlaşma üçün yeni tranzit dəhlizinin yaradılması təşəbbüsünü təklif etdik. Əlbəttə, bu plan artıq səkkiz il əvvəl təklif edilib, lakin bir çox ölkələrin bu sazişə cəlb olunması səbəbindən hələ də həyata keçirilməyib və tərəflər konsensus əldə edə bilməyib. Bu yeni marşrutun yaradılması Fars körfəzini Qara dənizə birləşdirə bilər" deyə İran hökumətindəki rəsmilər bildirib.

 

Bütün xəbərlər