Mağazalarda geyimdəyişmə otaqlarından istifadəyə icazə veriləcək - Şərtlər

15:46 - 9.12.2021


9 dekabr, Fineko/abc.az. Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə dəyişiklik edilib.

Səhiyyə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, dəyişikliklərdən sonra geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə veriləcək.

 

Bütün xəbərlər