16:40 - 10.01.2022
10 yanvar, Fineko/abc.az. Yaşıl çaydan istifadə etmək, dünyada əsas ölüm səbəblərindən biri olan ürək-damar xəstəliklərindən qorunmağa və bununla da ömrü uzatmağa kömək edir.
ABC.AZ-ın məlumatına görə, bu barədə Çin alimləri açıqlama veriblər.
Təcrübədə xərçəng, infarkt və ya insult keçirmiş yüz mindən çox insan iştirak edib.
Subyektlər iki qrupa bölünüb: bəziləri həftədə ən azı üç dəfə çay içib, bəziləri isə yox.
Yeddi illik araşdırma göstərib ki, birinci qrupdakı insanların infarkt və ya insultdan ölmə riski 20% azalıb, eynilə bu cür diaqnozların qoyulma ehtimalı kimi.
Bundan əlavə, digər səbəblərdən ölüm riski də 15% azalıb. Həmçinin məlum olub ki, mütəmadi olaraq yaşıl çay içən eksperimentdə iştirak edən 50 yaşlı iştirakçılarda ürək-damar xəstəlikləri bu içkini içməyənlərə nisbətən demək olar ki, il yarım gec yaranıb.
Müəllif: Elmir Murad
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024