Nərimanov rayonunun icra başçısı vəzifəsindən azad edildi - Sərəncam

14:09 - 19.01.2022


19 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev Abdin Fərzəliyevlə bağlı Sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, Sərəncama əsasən, Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər Sərəncamla, o, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, A.Fərzəliyev 2005-ci ilin dekabrından Nərimanov RİH-yə rəhbərlik edirdi.

 

Bütün xəbərlər