Azərbaycanda 1068 yoluxma halı aşkarlanıb

21.01.2022,17:09


21 yanvar, Fineko/abc.az. Bir sutka ərzində Azərbaycanda koronavirusa (COVİD-19),  yoluxma ilə bağlı 1068 hal aşkarlanıb, 551 nəfər müalicə olunub, 17 nəfər dünyasını dəyişib.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda 630420 nəfərin yoluxması,  611156 sağalması faktı aşkarlanıb, 8581 nəfər dünyasını dəyişib.

Bir gün ərzində COVİD-19 infeksiyasının yeni hallarının aşkarlanması üçün 7795 test, ötən müddət ərzində 6 045 582 test keçirilib.