Ötən il xarici ticarət əməliyyatlarımız 34 milyard dollara yaxın olub

28.01.2022,12:10


28 yanvar, Fineko/abc.az. 2021-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 33 milyard 912 milyon 457 min ABŞ dolları təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 11 milyard 705 milyon 787 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 22 milyard 206 milyon 671 min ABŞ dolları ticarət aparılıb. Saldo müsbət 10 milyard 500 miylon 884 min dollar olub.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə ticarət əməliyyatlarının həcmi 24 milyard 471 milyon 288 min ABŞ dolları, o cümlədən idxal 10 milyard 730 milyon 720 min ABŞ dolları, ixrac 13 milyard 740 milyon 568 min ABŞ dolları təşkil etmişdi. Saldo müsbət 3 milyard 9 milyon 847 min dollar olmuşdu.