Azərbaycan ötən ay ən çox Ukraynaya ya Rusiyaya məhsul ixrac edib?

14:31 - 25.02.2022


25 fevral, Fineko/abc.az. Yanvarda Azərbaycan MDB ölkələri arasında ən çox Ukraynaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Ukrayna, Rusiya və Belarusdur.

Ukraynaya ixrac olunan məhsulların dəyəri 199,8 milyon ABŞ dolları, Rusiyaya 72,5 milyon dollar, Belarusa isə 2,9 milyon dollar olub.

Bütün xəbərlər