Ukrayna bəzi məhsulların ixracına embarqo qoydu

14:18 - 9.03.2022


9 mart, Fineko/abc.az. Ukrayna hökuməti bəzi dənli bitkilərin, şəkər, duz və ətin ixracını qadağan edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Nazirlər Kabineti açıqlama yayıb.

Qeyd olunur ki, bu ilin sonuna qədər çovdar, arpa, qarabaşaq yarması, darı, şəkər, duz və ətin ixracına qadağa qoyulub.

Xatırladaq ki, ötən il ərzində Azərbaycan Ukraynadan 4 min tondan çox şəkər (dəyəri 2,4 mln. dollar), 7,3 min ton duz (991 min dollar) və 24,6 min ton ət (42,3 mln. dollar) idxal edib.

Bütün xəbərlər