Yaponiyanın ən böyük geyim istehsalçısı Rusiyadan gedir

17:17 - 10.03.2022


10 mart, Fineko/abc.az. Yaponiyanın ən böyük geyim istehsalçılarından və pərakəndə satış şirkətlərindən biri olan Uniqlo Rusiyadakı fəaliyyətini dayandırır.

ABC.AZ xəbər verir ki, bu barədə Uniqlo mağazalar şəbəkəsini idarə edən Yaponiyanın "Fast Retailing Co" şirkətinin saytında dərc edilmiş məlumatda deyilir.

"Uniqlo, öz missiyasının bir hissəsi olaraq, Rusiya əhalisi üçün sərfəli gündəlik geyim təmin etməyə çalışdı. Bununla belə, biz son vaxtlar bir sıra çətinliklərlə, o cümlədən biznes problemləri və pisləşən münaqişə vəziyyəti ilə qarşılaşdıq. Bununla əlaqədar olaraq, biz müvəqqəti olaraq Rusiya bazarında fəaliyyətimizi dayandırırıq”, - məlumatda deyilir.

 

Bütün xəbərlər