Prezident ÜST rəsmisini qəbul edib

26.04.2022,15:36


26 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.

ABC.AZ xəbər verir ki, görüşdə dövlət başçısı Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın olduğunu vurğulayıb. 

İlham Əliyev bildirib ki, Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir, həyata keçirilmiş tədbirlər nəticəsində pandemiyanın çətin dövründə vəziyyət nəzarətdə saxlanılıb. Azərbaycan keçən ilin əvvəlində vaksinasiyaya başlayan ilk ölkələrdən biri olub, indiyədək ölkəmizdə 13 milyondan artıq vaksin istifadə edilib. Azərbaycanda vaksinasiya prosesi anlayışla qarşılanıb.