“Əmək və Məşğulluq” altsistemi istifadəyə verilib - Detallar

05.05.2022,10:35


5 may, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsistemini (ƏMAS) istifadəyə verib.

ABC.AZ xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan köklü sosial islahatların əmək və məşğulluq sahələrini də əhatə etdiyini vurğulayıb.

O qeyd edib ki, son illərdə innovativ həllərin geniş tətbiqi şəraitində məşğulluq xidmətlərinin, ümumilikdə məşğulluq sahəsində idarəçiliyin elektronlaşdırılması üçün ardıcıl layihələr icra olunub.