Qeyri-neft ixracımızda ən çox payı olan ölkələr -Siyahı

17:24 - 11.05.2022


11 may, Fineko/abc.az. Qiymət və keyfiyyət üstünlüyünə malik emal edilmiş məhsullar şaxələndikcə ixrac coğrafiyasıda şaxələnib. Belə ki, qeyri-neft ixracında ABŞ, İtaliya, Braziliya, Niderland, Ruminiya yaxın MDB ölkələrindən daha irəlidədir.

ABC.AZ-ın məlumatına görə, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ötən 4 ay ərzində (yanvar-aprel aylarında) qeyri-neft ixracının dəyərinin artması barədə yaydığı məlumatda qeyd olunub.

Sözügedən məlumatda ixrac müxtəlifliyi nəzəriyyəsinə əsasən, məhsullar daha yüksək keyfiyyətə malik və daha çox inkişaf edərsə, həmçinin özündə daha zəngin elementləri birləşdirərsə, məhsulun idxalçısı da daha inkişaf etmiş ölkələr olacaq. Qeyd olunan ölkələrin Azərbaycana ixracında əsas payı qeyri-yeyinti, konkret olaraq kimya sənayesi məhsulları təşkil edib.

Bütün xəbərlər