Azərsu vakant iş yerləri elan edir

14:47 - 1.07.2022


1 iyul, Fineko/abc.az. “Azərsu” ASC laborant və tullantı sutəmizləyici qurğular üzrə mütəxəssislərin işə qəbulunu elan edir.

ABC.AZ xəbər verir ki, Şabran, Şamaxı, Ağsu, Yardımlı, Lerik, Oğuz, Qəbələ, İsmayıllı, Daşkəsən, Ağstafa, Goranboy rayonlarında və Naftalan şəhərində laborant vəzifəsi üzrə, Xızı rayonunda isə yeni tullantı sutəmizləyici qurğunun istismara verilməsi ilə əlaqədar obyektdə qurğu rəisi, texnoloq və operator vəzifələri üzrə vakant iş yerləri elan edir

Qeyd edək ki, 2022-ci ilin aprel ayından “Azərsu” ASC-də işə qəbul üçün müraciətlər elektron qaydada aparılır. İşə qəbul üçün müraciət etmək istəyənlər Cəmiyyətin rəsmi internet səhifəsinə daxil olub “Karyera” bölməsində “CV müraciət” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

“Vakansiya” bölməsində isə konkret vakant iş yerləri göstərilir və namizədlər həmin vəzifə haqqında məlumat əldə etdikdən sonra bu bölmədən çıxmadan müraciət edə bilərlər.

İşə qəbul 4 mərhələdə - elektron müraciət, bilik yoxlaması (test), müsahibə və əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə həyata keçirilir.

https://azersu.az/az/blog/2849

Bütün xəbərlər