330x110
 

TuranBank ASC Silahlı Qüvvələrin Yardım Fonduna vəsait ayırdı

02.10.2020,14:35


2 oktyabr, Fineko/abc.az. Məlum olduğu kimi sentyabr ayının 27-də düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almaq məqsədilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamış və işğal altında olan bir sıra strateji mövqe və kəndlərimiz azad edilmişdir. Hazırda igid əsgərlərimiz işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatları düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla davam etdirir.

 

Bu şanlı tariximizin yazıldığı bir vaxtda ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Azərbaycanda fəaliyyət göstərən ilk özəl banklardan olan TuranBank ASC də vətənpərvərlik və sosial məsuliyyətlilik prinsiplərinə sadiq qalaraq cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə Azərbaycan Ordusunun uğurlu əməliyyatlarına dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 100 000 (bir yüz min) manat vəsait köçürmüşdür.

 

Qarabağımızın incisi Şuşada Azərbaycan bayrağının sancılacağı günün yaxında olduğuna inanırıq.

Qarabağ Azərbaycandır!

 

TuranBank

 

Keywords: TuranBank