Üç ayda Azəri-Çıraq-Günəşlidən SOCAR-a 1 milyard kubmetr səmt qazı verilib

14:37 - 29.04.2021


29 aprel, Fineko/abc.az. İlin birinci rübündə Azəri Çıraq Günəşlidə 3 neft hasilatı və 2 suvurma quyusu qazılıb.

ABC.AZ “BP Azərbaycan” şirkətinin 2021-ci ilin birinci rübünün yekunları ilə bağlı açıqlamasına istinadən xəbər verir ki, bu ilin birinci rübündə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 11,6 milyon kubmetr, ümumilikdə isə 1 milyard kubmetr səmt qazı verilib.

Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

 

Other news