SOCAR tərəfindən büdcə ödənişləri 1 milyon manatdan çox olub – Hesabat

16:01 - 25.05.2021


25 may, Fineko/abc.az. Dövlət Vergi Xidmətinin xətti ilə 2020-ci ilin dövlət büdcəsində neft sektoru üzrə daxilolmalarda SOCAR tərəfindən büdcə ödənişləri 1 198,4 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 15% azdır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2020-ci il dövlət büdcəsinin icrasının illik hesabatına dair Hesablama Palatasının rəyində əks olunub.

Məlumata görə, neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların ödədiyi mənfəət vergisinin həcmi 603,7 mln. manat təşkil edib.

“2020-ci ilin dövlət büdcəsində neftin qiyməti ilkin proqnozda 55 ABŞ dolları, sonra da dürüstləşmiş büdcədə 35 ABŞ dolları nisbətində götürülüb”, – rəydə qeyd olunur.

 

Other news