Pandemiya amerikalılara düşərli olub - Varlanıblar

11:22 - 11.06.2021


11 iyun, Fineko/abc.az. Pandemiyaya baxmayaraq ABŞ vətəndaşlarının rifahı sürətlə yaxşılaşıb.

ABC.AZ-ın məlumatına görə, 2021-ci ilin birinci rübünün sonunda amerikalıların ümumi sərvəti 154,2 trilyon dollara çatıb.

Bu 2020-ci ilin 1-ci rübünün sonu ilə müqayisədə 26 trilyon dollar, 2019-cu ilin dördüncü rübü ilə müqayisədə isə 20 trilyon dollar artıq deməkdir.

Bununla yanaşı 17.2 trilyon dollarlıq şəxsi borc nəzərə alındıqda, ABŞ əhalisinin xalis sərvəti 136.9 trilyon dollara və ya ÜDM-in 620% -inə çatıb.

Müəllif: Elmir Murad

Other news