Valyuta hərracında AMB tərəfindən banklara $45,3 mln satılıb

12:37 - 8.07.2021


8 iyul, Fineko/abc.az. 8 iyul 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

AMB-nin məlumatına əsasən, valyuta hərracında banklara $45,3 mln satılıb.

“Hərracda tələb 45,3 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir”, -  deyə məlumatda bildirilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

 

Other news