Qeyri-neft sektorunda isehsal artıb - Nazirdən açıqlama

15:09 - 12.07.2021


12 iyul, Fineko/abc.az. Qeyri-neft sektorunun inkişafında əlverişli mexanizm olan sənaye zonalarında bu ilin I yarısında 824 milyon manatlıq məhsul istehsal həyata keçirilib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.

Nazir qeyd edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 38% çox məhsul istehsalı deməkdir.

Onun sözlərinə görə, sözügedən dövrdə 268 milyon manatlıq ixrac həyata keçirilib.

"Ümumilikdə, indiyə qədər sənaye zonalarında 4,2 milyard manatlıq məhsul istehsal olunub ki, bunun da 1,1 milyard manatlıq hissəsi ixrac edilib", - deyə o, qeyd edib.

 

Other news