Qarabağın və Şərqi Zəngəzurun qurulması ilə bağlı sorğu keçirilib – Detallar

15:02 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən 110 xarici şirkət arasında aparılan sorğuda şirkətlərin 17%-i Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulması, dağılmış infrastrukturun yenidən qurulması prosesinində iştirak etmək istədiklərini açıqlayıblar.

ABC.AZ-ın məlumatına görə, sorğuda iştirak edənlərdən 17%-i inşaat və İKT sektorunda fəaliyyət göstərən şirkətlər olub.

Respondentlərin 43%-i bu prosesdə iştiraklarının öz fəaliyyətlərinə uyğun layihələrin mövcudluğundan asılı olduğunu, sahibkarların 22%-i isə hesab edir ki, onların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi dirçəlişində iştirak gələcəkdə mümkün ola bilər.

Sənəddə qeyd edilir ki, şirkətlərin üçdə biri layihələrdə baş podratçı/subpodratçı qismində iştirak etməyi üstün tutur.

Əlavə edək ki, sorğuda iştirak edən xarici şirkətlər 19 ölkəni təmsil edib.

Müəllif: Elmir Murad

Other news