Bu ali məktəblərə qəbul planı tam dolub - Siyahı

15:21 - 1.09.2022


1 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbulun nəticələri açıqlayıb.

ABC.AZ xəbər verir ki, ümumilikdə 2022/2023-cü tədris ili üçün altı ali məktəbdə qəbul planı yüz faiz dolub. Həmin müəssisələrin siyahısını təqdim edirik:

Azərbaycan Tibbi Universiteti

Azərbaycan Dövlət Dəniz Akademiyası

Dövlət İdarəçilik Akademiyası

Bakı Ali Neft Məktəbi

“ADA” Universiteti

Dövlət Gömrük Komitəsinin Akademiyası

Bütün xəbərlər