Bu ilin 7 ayında İtaliya ilə ticarət dövriyyəmiz 11 milyard dollara çatıb - İlham Əliyev

15:53 - 1.09.2022


1 sentyabr, Fineko/abc.az. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin açılışında bildirib.

Dövlət başçısı qeyd edib ki, keçən il ticarət dövriyyəmiz 9,6 milyard dollar təşkil edib, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb. İ.Əliyev vurğulayıb ki, Azərbaycan gələcəkdə təhsil sahəsində də İtaliyanın strateji tərəfdaşı olacaq.

“Bugünkü mərasim isə onu göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur”, - deyə dövlət başçısı bildirib.

Bütün xəbərlər