Aqrar Universitetində rektor vəzifəsini o icra edəcək - Əmr imzalandı

14:02 - 9.09.2022


9 sentyabr, Fineko/abc.az Azərbaycan Dövlət Aqrar Universitetinə rektor vəzifəsini icra edən təyin olunub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə universitetin ümumi işlər üzrə prorektoru Zəfər Qurbanov gətirilib.

O, universitetin kollektivinə təqdim edilib.

Qeyd edək ki, sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib.

Bütün xəbərlər