Agentlik təcili tibbi yardım avtomobilləri alır

14:20 - 12.09.2022


12 sentyabr, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması  üçün tender keçirir.

Tenderdə iştirak haqqı 1500 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 10.10.2022 18:00 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Anar Rəhimov, [email protected]

Bütün xəbərlər