Bu tələbləri pozanlar rəhbər ola bilməyəcək

08.12.2022,16:27


8 dekabr, Fineko/abc.az. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində vətəndaş qüsursuzluğu ilə bağlı tələblərə riayət edilməsinə nəzarət proseduru müəyyənləşir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun layihəsində əksini tapıb.

Layihəyə əsasən, vətəndaş qüsursuzluğu ilə bağlı tələblər dedikdə, aşağıdakı şəxslərin öhdəlik daşıyan şəxslərdə mühüm iştirak payına sahib olmasına və ya benefisiar mülkiyyətçi olmasına, habelə öhdəlik daşıyan şəxslərdə idarəetmə funksiyalarını yerinə yetirməsinə yol verilməməsi başa düşülür.
Qeyd edək ki, öhdəlik daşıyan şəxslər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir.