Gürcüstanın baş naziri istefa verdi

13.06.2018,22:35


13 iyun, Fineko/abc.az.  Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili iyunun 13-də tutduğu vəzifədən getdiyini elan edib.  Bu barədə Kvirikaşvili Tiflisdə keçirdiyi fövqəladə brifinqdə deyib.

“Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım...Mən həmişə komanda oyunçusu olmuşam. Bunu nəzərə alsaq, komanda da müəyyən abu-havanın yarandığını görürəm. Ona görə, mənim vəziyyətimdə olan istənilən komanda başçısının qəbul etməli olduğu qərarı qəbul edirəm. Bu gün tutduğum vəzifədən istefa verirəm.” - deyə o bildirib.

Gürcüstan Konstitusiyasına əsasən, Baş nazir istefa verərsə, hökumətin bütün tərkibi avtomatik olaraq səlahiyyətlərini dayandırır və vəzifəsini icra edən statusunda olur. Qeyd edək ki, Georgi Kvirikaşvili 2015-ci il dekabrın 30-dan Gürcüstan hökumətinin rəhbəri vəzifəsini tuturdu.

Açar sözlər: Georgi Kvirikaşvili