Bu ölkədə yaşayış olmayan evlərdən vergi tutulacaq

10:52 - 25.04.2023


25 aprel, Fineko/abc.az. İspaniyada boş qalan, yaşayış olmayan evlərdən yeni vergi tutulacaq. 

ABC.AZ xəbər verir ki, yeni vergi qaydası hələlik İspaniyanın Estremadura vilayətində tətbiq ediləcək. 

2024-cü ilin əvvəlindən qüvvəyə minəcək yeni qayda 4 min evi əhatə edəcək və il ərzində bu evlərdən əlavə 2 milyon avro əlavə vergi toplanacaq. 

Qaydaya əsasən 5 ildən artıq bir şəxsə məxsus olan və 1 üzrlü səbəb olmadan 1 il boş qalan evlərdən yeni vergi tutulacaq. 

Sahəsi 500 m2-dək olan boş evlərdən vergi hər m2 üçün 3,75 avro hesablanacaq. Boş evin sahəsi 4 min m2dək olduqda isə vergi hər m2 üçün 11,25 avro hesablanacaq. 

Beləliklə sahəsi 10 min kvadratmetr olan boş mənzillərin sahibləri ildə 97 min avro vergi ödəyəcək. Bu qayda banklara və iri şirkətlərə də şamil ediləcək ki, onlara məxsus girov əmlakları ya tez satsınlar, ya da icarəyə versinlər. 

Buna oxşar qayda Avropanın digər ölkəsində – Belçikada da tətbiq ediləcək. Belə ki, Valloni vilayətində boş qalan evlərin sahibləri 500 avrodan 12500 avroyadək cərimə ediləcək. 

Bütün xəbərlər