ABŞ-da borc limiti hələ də həll olunmamış qalır

14:51 - 10.05.2023


10 may, Fineko/abc.az. ABŞ-da borc limiti hələ də gündəmi zəbt edən vacib məsələ olaraq qalır.

ABC.AZ xəbər verir ki, problemin həllində irəliləyiş əldə olunmaması narahatlığa səbəb olub. Belə ki, bir qrup “Wall Street” nümayəndəsi ABŞ-ın maliyyə naziri Janet Yellenə məktub göndərərək narahatlıqlarını ifadə ediblər.

ABŞ prezidenti Co Bayden isə Konqresdə Respublikaçıların nümayəndələri ilə görüşsə də, bu görüş nəticəsiz qalıb.

ABŞ Nümayəndələr Palatasının sədri Kevin Makkarti də daxil olmaqla respublikaçılarla görüşən Bayden danışıqların məhsuldar keçdiyini bildirib və qarşıdakı günlərin çox sıx danışıqlarla keçəcəyinə işarə edib.

Bütün xəbərlər