Rusiya və Çin arasında ticarət 190 milyard dollara çatıb

10:19 - 25.05.2023


25 may, Fineko/abc.az. Rusiyanın Baş naziri Mixail Mişustin Çinə səfər edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, səfər zamanı Rusiyanın Baş naziri Çinin sədri Si Cinpin və Çinin Baş naziri Li Qianqla görüşəcək. Bu barədə Mişustin səfər öncəsi məlumat verib.

O qeyd edib ki, 2022-ci ildə Rusiya ilə Çin arasında ikitərəfli ticarətdə rekord 190 milyard dollara çatıb və hədəfin 200 milyard dollar olduğunu bildirib.

Ukrayna müharibəsi başlayandan bəri ölkəyə səfər edən ən yüksək rütbəli Rusiya rəsmisi olan Baş nazir Mişustinin səfəri zamanı iki ölkə arasında da bir sıra razılaşmalar əldə olunub.

Bütün xəbərlər