Dövlət qulluğuna vakant vəzifələrə namizədlərdən 23 nəfər qəbul olub

16:03 - 23.07.2018


23 iyul, Fineko/abc.az. 11 dövlət orqanında 28 vakant vəzifə üzrə 22 may 2018-ci il tarixdə elan edilmiş ümumi müsahibədə iştirak etmək üçün mürəciət etmiş 61 namizəddən 23-ü müsahibələrdə uğur qazanaraq iddia etdiyi vakant vəzifəyə uyğun biliniblər. Müsahibələr Energetika Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Şirvan Apellyasiya Məhkəməsi, Hesablama Palatası, Lənkəran Ağır Cinayətlər Məhkəməsi üzrə keçirilib.
Dövlət İmtahan Mərkəzinə ən çox vakant vəzifə Energetika Nazirliyi (8) və Maliyyə Nazirliyi (4) tərəfindən təqdim olunub.Təqdim olunan ən yüksək vəzifə Energetika Nazirliyində İnsan resursları və dövlət qulluğu şöbəsində sektor müdiri vəzifəsidir. Ən yüksək müsabiqə vəziyyəti isə Hesablama Palatası (1 vakant vəzifə üzrə 18 müraciət) və Energetika Nazirliyində (1 vakant vəzifə üzrə 18 müraciət) müşahidə edilib.

 

Bütün xəbərlər