330x110
 

Dənizkənarı Bulvar İdarəsinin Nizamnamə kapitalı və Müddəaları təsdiq edilib

01.08.2018,10:24


1 avgust, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev “Dənizkənarı Bulvar İdarəsinin (DBİ) fəaliyyətinin təmin edilməsi haqqında” və “Müddəaları” haqqında fərman imzalayıb.

Fərmana əsasən, Fərmanda DBİ-nin nizamnamə kapitalı 69 059,580 min manat səviyyəsində təsdiq edilmişdir.

Müddəalara əsasən, İdarəyə inkişaf strategiyasının hazırlanması, həmçinin  strukturun təsdiqlənməsi və bir ay ərzində ştat cədvəlini və işçilərin əmək haqqının təsdiq edilməsi ilə bağlı tapşırıq verilib.

DBİ rəhbərliyi İdarə Heyəti tərəfindən həyata keçiriləcəkdir. İdarə Heyətinin sədri və onun müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin ediləcək.