Gənclərdən ibarət nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub

10:59 - 24.08.2018


24 avqust, Fineko/abc.az. “Koreya – Azərbaycan Gənclər Mübadilə Proqramı” çərçivəsində Azərbaycan nümayəndə heyəti 7-18 avqust 2018-ci il tarixlərdə Koreya Respublikasında səfərdə olub. Səfər çərçivəsində  nümayəndə Koreya Respublikasının Gender Bərabərliyi və Ailə Nazirliyində, Hankuk Universitetində, Gənc Sahibkarlar Mərkəzlərində, İqtisadi Yaradıcılıq və İnnovasiya Mərkəzində, İlsan, Ulsan və Ulsan şəhərilərində olmuş və gənclərin startap layihələri ilə tanış olmuşlar. Səfər çərçivəsində Koreyanın tarixi və mədəni yerlərinə səfərlər edilmiş və Koreya ailəsinin gündəlik həyat tərzini öyrənmişlər.

Səfər zamanı Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və gənclər siyasəti barədə Koerayalı gənclər üçün təqdimatlar edilmiş və Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim edilmişdir.        

Nümayəndə heyəti Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfrirliyində olmuşdur. Nümayəndə heyətini fövqəladə və səlahiyyətli səfir Rəmzi Teymurov qəbul etmişdir.

Bütün xəbərlər