13:09 - 6.11.2017
6 noyabr, Fineko/abc.az. Azərbaycanda “Tekfen” türk şirkəti tərəfindən yerinə yetirilən işlər $2 milyard 092 milyon 204,632 min dəyərində qiymətləndirilir.
Şirkətin məlumatında deyildiyi kimi, layihələrin əksəriyyəti “AZFEN” müştərək şirkətlə birlikdə yerinə yetirilib. İşlər $787 milyon 838,183 min dəyərində qiymətləndirilir, onların 89%-i yerinə yetirilmişdir. 31 dekabr 2018-ci il tarixində işlər başa çatdırılacaq.
“Həcminə görə ikinci layihə “Şahdəniz” layihəsinin 2-ci mərhələsi çərçivəsində yerinə yetirilən Səngəçal terminalının tikintisidir. Layihə $480 milyon 318,763 min dəyərində qiymətləndirilir və 14 oktyabr 2017-ci il başa çatdırılmışdır. Bundan sonra isə $414 milyon 237,659 min dəyərində qiymətləndirilən və tamamlanma tarixi 15 dekabr 2017-ci ilə təyin edilmiş SOCAR TOWER binasının tikintisi üzrə layihədir”, - məlumatda belə deyilir.
Daha sonra, “Şahdəniz” layihəsinin 2-ci mərhələsinin platformalarının üst tikililərinin quraşdırılması layihəsi gözlənilir. Bu layihə $315 milyon 810,027 min dəyərində qiymətləndirilir və 31 dekabr 2017-ci il tarixində başa çatdırılacaq. Azərbaycan Respublikasının Vergilər Nazirliyi binasının tikintisi üzrə layihə $94 milyon dəyərində qiymətləndirilir. “AZFEN” müştərək şirkətin iştirakı olmadan gerçəkləşdirilən layihələrin qiyməti $222 milyon 269,704 min həcmindədir.
“AZFEN” müştərək şirkəti 1996-cı ilin yanvar ayında, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin kapitalda 60% iştirakı və “Tekfen” şirkətinin 40% iştirakı ilə təsis edilib.
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
24 Aprel 2024