Dövlət İmtahan Mərkəzində “məsləhət saatları” təşkil olunacaq

12:30 - 1.04.2019


1 aprel, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzində “məsləhət saatları” təşkil olunacaq.  “Məsləhət saatlar”ı zamanı DİM-in rəhbər şəxsləri, struktur bölmələrinin rəhbərləri və digər əməkdaşları tərəfindən müvafiq dövrdə aktual olan və Mərkəz tərəfindən həyata keçirilən tədbirlər - buraxılış, qəbul imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, elektron ərizələrin təsdiqedilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər, elektron xidmətlər və s. haqqında müraciət edən şəxslərə kömək göstəriləcək.

İlk “məsləhət saatı” aprelin 5-də saat 15.00-da DİM-in Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq, 1M ünvanında yerləşən binasında təşkil olunacaq. Qəbula gəlmək istəyən şəxslərin DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri tələb olunur.

Bütün xəbərlər