Prezident İlham Əliyev Kosta Rikanın xarici işlər naziri ilə görüşdü - YENİLƏNDİ

16:01 - 29.11.2017


29 noyabr, Fineko/abc.az.  Kosta Rikanın xarici işlər naziri  Azərbaycanda  səfərdədir.

Prezident İlham Əliyev Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.

Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz deyib: “Ölkələrimiz arasında ikitərəfli münasibətlər qarşılıqlı etimad üzərində qurulub. Azərbaycanda Kosta Rikanın səfirliyinin açılması strateji qərarıdır. Kosta Rika Azərbaycanı regionda əsas tərəfdaşı kimi qəbul edir və Azərbaycan vasitəsilə regional əməkdaşlıq həyata keçirmək əzmindədir”.

Prezident İlham Əliyev ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin mövcud olduğunu dedi. Dövlət başçısı Kosta Rikanın Azərbaycanda səfirlik açmasının əhəmiyyətini qeyd etdi və səfirliyin fəaliyyətinin həm ikitərəfli münasibətlərin genişləndirilməsi, həm də regional əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Görüş əsnasında  iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu, ticarət əlaqələri və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün kifayət qədər imkanların olduğu vurğulandı və bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

 

Bütün xəbərlər