Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib

18:05 - 20.06.2019


20 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər sərəncama əsasən isə Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Bütün xəbərlər