330x110
 

Bakı Metropoliteni tender elan edir

27.08.2019,17:06


27 avqust, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC-nin "C. Cabbarlı" stansiyasının sağ stansiya tunelində, pilləkən girişlərində alüminium təbəqədən çətirin və karnizin elementlərinin işıqlanma ilə birlikdə quraşdırılması işlərinin satın alınması, həmçinin müxtəlif növ rabitə avadanlıqları üçün mal və materialların satınalınması üzrə tender keçirir.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün  sənədləri 18.09.2019 17:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini isə 26.09.2019 16:00 tarixinə qədər https://www.etender.gov.az    portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 27.09.2019 16:00 tarixində açılacaqdır.

Bildirilir ki,  tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılacaq.